Avropa Uroloji Dərnəyinin üzvü: "Azərbaycanda uroonkologiya sahəsində çatışmazlığın olduğunu demək olmaz"


Digərləri 16 Noy 2019 13:45:00 362 0

Avropa Uroloji Dərnəyinin üzvü: "Azərbaycanda uroonkologiya sahəsində çatışmazlığın olduğunu demək olmaz"

Azərbaycanda uroonkologiya sahəsi üzrə görülən işləri çox yüksək dəyərləndirmək olar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Uroloji Dərnəyinin üzvü, Türkiyənin Hacettepe Universitetinin professoru Sərdar Tekgül deyib.

Onun sözlərinə görə, Azərbaycanda ən müasir texnologiyaları tətbiq edən müalicə mərkəzi - Milli Onkologiya Mərkəzi fəaliyyət göstərir. Amma hər zaman tibb sahəsində bilgilərin paylaşılması, hər kəsin öz təcrübəsini paylaşması bu işə öz töhfəsini verir.