Rusiyada keçmiş nazirin nəvəsinin ölüm səbəbi bilindi


Dünya 16 Noy 2019 13:34:00 342 0

Rusiyada keçmiş nazirin nəvəsinin ölüm səbəbi bilindi

Dağıstanın keçmiş Kənd Təsərrüfatı nazirinin nəvəsi və istedadlı rus skripkaçısı Yekaterina Tsukanovanın ölümünün səbəbləri barədə yeni faktlar ortalığa çıxıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı qız "Calvin Klein" adlı narkotikdən yüksək dozada qəbul etdiyinə görə deyil, "Kovent-Garden"də çıxış etdikdən səkkiz gün sonra atasının Londondakı malikanəsində asılmış vəziyyətdə tapılıb. 

Araşdırma zamanı məlum olub ki, Katya psixoloquna imtahanlarla əlaqədar yaranan stresdən şikayət edib, amma faciə baş verən zaman o artıq akademik məzuniyyətə gedib.

Qızın ölümündən sonra atası - bankir İqor Tsukanov "The Telegraph"a maraqlı açıqlama verib:

"Qızım çox xoşbəxt idi, parlaq gələcəyi var idi. Çox ağıllı bir qız idi və yalnız bir səhv seçim etdi".