İsrail “Həmas”ın obyektlərini vurdu


Dünya 16 Noy 2019 13:23:00 306 0

İsrail “Həmas”ın obyektlərini vurdu

İsrail Qəzza zolağında "Həmas" qruplaşmasına hücum edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusu rəsmi Tvitter hesabında məlumat yayıb: 

"Hal-hazırda Həmas terror qruplaşmasının obyektlərinə hücum edirik. Hücum İsrail ərazisinin gecə atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Döyüşçülərimiz "Həmas"ın obyektlərinə, o cümlədən hərbi düşərgəyə və dəniz qüvvələrinin istifadə etdiyi bir kompleksə, qruplaşmanın yeraltı infrastrukturuna hücum ediblər".