Bəzi rayonlarda açıq meşə sahələri icarəyə verilib - ETSN


Digərləri 16 Noy 2019 12:50:00 263 0

Bəzi rayonlarda açıq meşə sahələri icarəyə verilib - ETSN

Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə Zaqatala, Qax, Şəki, Oğuz və bir sıra rayonların ərazisində olan açıq meşə sahələri aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilib.

Bakı. İlhamə İsabalayeva - Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə Zaqatala, Qax, Şəki, Oğuz və bir sıra rayonların ərazisində olan açıq meşə sahələri aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilib. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib. Departament direktoru bildirib ki, bu, meşə örtüyünün artırılması, yeni iş yerlərinin açılması, meyvə bolluğunun təmin olunması, həmçinin əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır: