ŞriLankada seçkiyə gedən müsəlmanlara atəş açdılar


Dünya 16 Noy 2019 12:50:00 259 0

ŞriLankada seçkiyə gedən müsəlmanlara atəş açdılar

Naməlum şəxslər Şri-Lankada prezident seçkilərinə gedən müsəlman icmasının nümayəndələrinin getdiyi avtobuslar karvanına atəş açıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə, adanın şimal-qərbində seçki başlamazdan bir neçə saat əvvəl baş verib. Təcavüzkarlar 100-dən çox nəqliyyat vasitəsindən ibarət karvanı yol blokları quraşdıraraq pusquya salıblar, həmçinin yolda şinləri yandırıblar və avtobusları daşqalaq ediblər.

Hücum nəticəsində iki avtobusa ziyan dəydiyi qeyd olunur. Zərər çəkənlər və xəsarət alanlar barədə məlumat daxil olmayıb.