Şair, yazıçı-publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimatı keçirilib (FOTO)


Digərləri 16 Noy 2019 12:42:00 192 0

Şair, yazıçı-publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimatı keçirilib (FOTO)

"Aşıq Şəmşir" Mədəniyyət Ocağında tanınmış şair, yazıçı-publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirilib.

Bakı. Ceyhun Ələkbərov - "Aşıq Şəmşir" Mədəniyyət Ocağında tanınmış şair, yazıçı-publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasimdə Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı tədbirin Qənbər Şəmşiroğlunun doğum gününə təsadüf etdiyini bildirib və onu bu münasibətlə təbrik edib. Daha sonra çıxış edənlər - akademik Nizami Cəfərov, akademik Muxtar İmanov, professorlar Qəzənfər Paşayev, Şahlar Əsgərov, Şirindil Alışanlı, şair Adil Cəmil və başqaları Qənbər Şəmşiroğlunun yaradıcılığından bəhs edibl, onu çağdaş ədəbiyyatımızda həm poeziya, həm nəsr sahəsində nüfuzlu qələm sahibi kimi dəyərləndiriblər. Natiqlər qeyd edib ki, Qənbər Şəmşiroğlu, eyni zamanda publisistika ilə də ciddi şəkildə məşğuldur və müasir publisistikamızın ən maraqlı, ən oxunaqlı örnəklərini yaradanlardan biridir. Mərasimdə, eyni zamanda Kəlbəcər məktəblilərinin ifasında görkəmli el sənətkarının şeirləri də səsləndirilib. (adsgarden = window.adsgarden || []).push({}); Sonda çıxış edən Qənbər Şəmşiroğlu mərasim iştirakçılarına öz təşəkkürünü bildirib, eyni zamanda onlara ağsaqqal tövsiyələrini çatdırıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin