AQTA sədri qurumun iki regional bölmə rəisini vəzifədən azad etdi


Digərləri 16 Noy 2019 12:34:00 327 0

AQTA sədri qurumun iki regional bölmə rəisini vəzifədən azad etdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə qida təhlükəsizliyi sahəsində şəffaflığın təmin olunması, yaranan neqativ hallarla mübarizə istiqamətində tədbirləri davam etdirir.

Son.az xəbər verir ki, agentliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aşağıda adları qeyd olunan qurum əməkdaşları səmərəli fəaliyyət və sahibkarlıq subyektləri ilə münasibətdə şəffaf iş prinsiplərinə əməl etmədiklərinə görə Agentlik sədrinin müvafiq əmri ilə tutduqları vəzifələrdən azad ediliblər:

Gəncə regional bölməsinin rəisi Abdullazadə Hüseyn Abdulla oğlu

Gəncə regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Əzizov Kamran Kamal oğlu

Lənkəran regional bölməsinin rəisi Bağırov Əlimuxtar Balağa oğlu