Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb


Digərləri 16 Noy 2019 11:45:00 256 0

Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 12 cinayətin üstü “isti izlər”lə açılıb.

Bakı. Samir Əli - Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 12 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. (adsgarden = window.adsgarden || []).push({}); Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin