Suraxanıda “Mitsubishi” beton plitəyə çırpıldı:


Digərləri 16 Noy 2019 10:44:00 247 0

Suraxanıda “Mitsubishi” beton plitəyə çırpıldı:

Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Son.az-a FHN-dən məlumat verilib.

Məlumata görə, Suraxanıda "Mitsubishi" markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.