Gəncədə 25 yaşlı oğul atasını qətlə yetirdi
Digərləri 16 Noy 2019 11:06:00 274 0
Gəncədə qətl hadisəsi törədilib.
Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Cavadbəy Şıxlinski küçəsi 26, ev 1, mənzil 3-də baş verib.
Həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu sərxoş vəziyyətdə yaşadığı evə gələrək atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Y. Dadaşov mətbəx bıçağı ilə atasına bir neçə bıçaq zərbəsi endirib.
M.Dadaşov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Baku.ws-in əldə etdiyi məlumata görə, ata və oğul tikintidə çalışırmış. Hadisə baş verən zaman 25 yaşlı Yusif Dadaşov içkili vəziyyətdə olub.
Mənbə: milli.az