Türkiyədə Neslihan Taya heykəl qoyuldu FOTO


Dünya 16 Noy 2019 09:32:00 418 0

Türkiyədə Neslihan Taya heykəl qoyuldu  FOTO

2 ay öncə xərçəng xəstəliyindən vəfat edən Neslihan Tayın heykəli hazırlanıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, Türkiyənin Bodrum vilayətində yaşayan memar Mustafa İşeri və qardaşları Neslihanın dəmirdən abidəsini düzəldiblər. Dəmir heykəl Neslihanın boy ölçüsünə uyğun hazırlanıb. Neslihanın həyatda olduğu kimi bir ayağı olmayan abidəsinə dəmirdən mələk qanadları da birləşdirilib.

Heykəl memar tərəfindən Bodrum Bələdiyyəsinə hədiyyə edilib.