ABŞda məktəbdə 2 şagirdi öldürən yeniyetmə vəfat etdi


Dünya 16 Noy 2019 09:21:00 343 0

ABŞda məktəbdə 2 şagirdi öldürən yeniyetmə vəfat etdi

ABŞ-ın Kaliforniya ştatının Santa-Klarita şəhərində məktəbdə atışma törədən yeniyetmə dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə "NBC" telekanalı hüquq mühafizə orqanlarına istinadən xəbər verib.

16 yaşlı oğlan odlu silah yarası diaqnozu ilə çatdırıldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, mərhumun təhsil aldığı məktəbdə törətdiyi atışma nəticəsində iki nəfər həyatını itirib, üç nəfər yaralanıb.