Dünya əhalisinin yarısı təhlükədədir ŞOK XƏBƏRDARLIQ


Digərləri 16 Noy 2019 08:06:00 279 0

Dünya əhalisinin yarısı təhlükədədir  ŞOK XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) danq, zika və çikunqunya viruslarından qaynaqlanan xəstəlikləri nəzarətdə saxlaya bilmək üçün radiasiyadan istifadə edərək erkək ağcaqanadları qısırlaşdıran metodu tezliklə sınaqdan keçirəcək.

Son.az xəbər verir ki, təşkilatın açıqladığı yeni hesabatda ağcaqanadların yaydığı tropik xəstəlik olan danqın son illərdə 110 ölkəyə gedib çatdığına diqqət çəkilib.

Hesabatda, ÜST təxminlərinə görə, yüz minlərlə insanın bu xəstəliyə yoluxması ilə dünya miqyasındakı danq xəstələrinin sayı 3,5-4 milyona çatacaq.

İlk mərhələdə ABŞ Təsərrüfat Nazirliyi tərəfindən məhsulun faydalılığına zərər verən böcəkləri qısırlaşdırmaq üçün 6 qitədə istifadə edilmiş "Qısırlaşdırılmış Böcək Taktikası" test ediləcək. Proses müəyyən obyektlərdə böyük miqdarda erkək ağcaqanad yetişdirilib qısırlaşdırıldıqdan sonra təbiətə buraxılaraq dişilərlə cütləşmələri istiqamətində gedəcək.

Dünyanın yarısı risk altındadır

(adsgarden = window.adsgarden || []).push({});