Sumqayıtda keçirilən kişi və qadın gimnastikası üzrə 26-cı Azərbaycan çempionatının və Bakı birinciliyinin qalibləri müəyyənləşib


Digərləri 16 Noy 2019 07:40:33 278 0

Sumqayıtda keçirilən kişi və qadın gimnastikası üzrə 26-cı Azərbaycan çempionatının və Bakı birinciliyinin qalibləri müəyyənləşib

Noyabrın 15-də Sumqayıt Olimpiya İdman Kompleksində kişi və qadın gimnastikası üzrə 26-cı Azərbaycan çempionatının və Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı. Cani Babayeva - Noyabrın 15-də Sumqayıt Olimpiya İdman Kompleksində kişi və qadın gimnastikası üzrə 26-cı Azərbaycan çempionatının və Bakı birinciliyinin qalibləri müəyyənləşib. Trend-in məlumatına görə, fərdi çoxnövçülükdə kişilər arasında "kiçik" yaş kateqoriyasında (2012 təvəllüd) Emil Cəbrayılov (43.598 xal) birinci, Adil Qasımov (42.864 xal) ikinci, Nəsif Məmmədli (42.798 xal) üçüncü yerdə qərarlaşıblar. Emil Cəbrayılov və Nəsif Məmmədli Sumqayıt şəhərini, Adil Qasımov isə "Ocaq Sport" idman klubunun təmsil ediblər. Fərdi çoxnövçülükdə kişilər arasında "balacalar" kateqoriyasında (2010-2011 təvəllüd) birinci yeri İbrahim Aydınlı (45.598 bal), İskəndər Cavadzadə (45.232 xal) ikinci, Hüseyn Əliyev üçüncü yeri (45.232 xal) tutublar. İ.Aydınlı "Ojag Sport" idman klubunu, İ.Cavadzadə və H.Əliyev - Bakı gimnastika məktəbini təmsil ediblər. Qadınlar arasında fərdi çoxnövçülükdə "balacalar" kateqoriyasında (2011-2012 təvəllüd) Nuryana Əliyeva podiumun birinci pilləsinə qalxıb (37.899 xal), Ləman Məmmədzadə ikinci yeri (37.099 xal), üçüncü yeri isə Sona Hüseynli (36.932 xal) tutublar. Hər üç gimnast "Ojag Sport" idman klubunun yetişdirmələridir. Fərdi çoxnövçülükdə kişilər arasında "uşaqlar" kateqoriyasında (2008-2009 təvəllüd) ən yaxşı nəticəni Turan Səlimov (44.598 xal) göstərib, ikinci yerdə Maqomed Rüstəmzadə (44.332 xal), üçüncü yerdə Kiril Minakovski (43.665 xal) qərarlaşıblar. Hər üç idmançı Bakı Gimnastika Məktəbinin təmsil ediblər. Qadınlar arasında fərdi çoxnövçülükdə "uşaqlar" kateqoriyasında (2009-2010 təvəllüd) Dəniz Əliyeva birinci yeri (40.198 xal), ikinci yeri Nəzrin Hümbatova (39.465 bal), üçüncü yeri Lalə Zamanlı (38.032 xal) tutublar. Hər üç gimnast "Ojag Sport" idman klubunu təmsil ediblər. Fərdi çoxnövçülükdə kişilər arasında "yeniyetmələr" kateqoriyasında (2006-2007 təvəllüd) birinci yeri Nihat Muradli (43.965 xal), ikinci yeri Riad Səfərov (43.831 xal), üçüncü yeri Fərhad Shepelev (42.030 bal) tutublar. Gimnastlar Bakı gimnastika məktəbinin yetişdirmələridir.