Səhvən qeyrileqal immiqrant hesab edilmiş ABŞ vətəndaşına təzminat ödəniləcək


Digərləri 16 Noy 2019 07:11:00 267 0

Səhvən qeyrileqal immiqrant hesab edilmiş ABŞ vətəndaşına təzminat ödəniləcək

Miçiqan ştatındakı Qrand-Rapids şəhərinin administrasiyası mənşə etibarilə Latın Amerikasından olan ABŞ vətəndaşı, müharibə veteranı, federal immiqrasiya xidmətinin nümayəndələri tərəfindən qanunsuz olaraq həbs edilmiş Cilmar Ramos-Homesə 190 min dollar təzminat ödəyəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Miçiqan ştatının hüquq müdafiə təşkilatları və iddiaçının vəkili tərəfindən ştatın mülki hüquqlar departamentinə verilmiş şikayətə cavab olaraq Qrand-Rapids şəhərinin komissiyası Cilmar Ramos-Homesə təzminat ödənilməsi barədə yekdilliklə qərar qəbul edib.

Hadisə keçən ilin dekabr ayında baş verib. O vaxt gömrük nəzarəti xidməti Cilmar Ramos-Homesi səhvən qeyri-leqal immiqrant hesab edərək üç gün həbsxanada saxlayıb, lakin həqiqi vəziyyət aydınlaşdırılandan sonra azad edilib.

Miçiqan ştatında doğulmuş Cilmar Ramos-Homes ABŞ-ın tamhüquqlu vətəndaşıdır. Onu həbs etmiş polis kapitanı Kertis Vander Koy 20 saat müddətinə işdən kənarlaşdırılıb.

(adsgarden = window.adsgarden || []).push({});