Kaliforniya məktəbində atışmada şübhəli bilinən gənc ölüb


Digərləri 16 Noy 2019 06:42:11 257 0

Kaliforniya məktəbində atışmada şübhəli bilinən gənc ölüb

Noyabrın 15-də ABŞ-ın Kaliforniya ştatındakı Santa-Klarita şəhərində məktəbdə atəş açan və iki şagirdi öldürməkdə şübhəli bilinən gənc xəstəxanada ölüb

Bakı. Noyabrın 15-də ABŞ-ın Kaliforniya ştatındakı Santa-Klarita şəhərində məktəbdə atəş açan və iki şagirdi öldürməkdə şübhəli bilinən gənc xəstəxanada ölüb. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə cümə günü NBC telekanalı xəbər verib. Hüquq-mühafizə orqanlarındakı mənbələrə görə, şübhəli bilinən 16 yaşlı Nataniel Berhou eyni təhsil ocağında oxuyub. Məlumatda şübhəlinin məktəb binasında 3 şagirdi yaraladığı, 2-nin isə öldürdüyü bildirilir. (adsgarden = window.adsgarden || []).push({}); Hüquq-mühafizə orqanları gəncin hücumu əvvəlcədən planlaşdırdığını qeyd etdilər. Onun hansı motivlər əsasında hərəkət etdiyi dəqiqləşdirilməyib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin