Hər ay 500 milyon insan...


Digərləri 16 Noy 2019 06:30:00 321 0

Hər ay 500 milyon insan...

Dünyanın ən böyük axtarış sistemi olan "Google"da hər ay 500 milyon insan mədəniyyət sahəsi ilə maraqlanır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Afrika, Latın Amerikası, Yaxın Şərq, Rusiya və MDB ölkələri üzrə "Google"un Strateji Layihələr şöbəsinin müdiri Dona Raz Levi xəbər verib.

"Bütün dünya üzrə hər ay 500 milyon insan mədəniyyətlə bağlı axtarış edir və bu sahəyə olan maraq durmadan artır", - deyə şöbə müdiri bildirib.

Sonra şirkətin nümayəndəsi Ermitaj, Tretyakov Qalereyası, Luvr kimi böyük beynəlxalq muzeylərin uğurla rəqəmsallaşdırılmasından, korporasiyanın xidmətlərində Rusiya ədəbiyyatının tanıdılmasından danışıb.

(adsgarden = window.adsgarden || []).push({});