Bakıda çoxmərtəbəli binada yanğın:


Digərləri 15 Noy 2019 23:57:00 329 0

Bakıda çoxmərtəbəli binada yanğın:

Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.