Ədəb ilə ağılın nə kimi əlaqəsi var?


Digərləri 15 Noy 2019 23:45:00 310 0

Ədəb ilə ağılın nə kimi əlaqəsi var?

İmam Əli (ə) buyurur: "Sübhan Allaha ən yaxın insan - o kəsdir ki, ən üstün imana malikdir".

Ədəbin iki növü vardır: hüsni-ədəb və sui-ədəb. Ədəb sözünün mənası genişdir. Düzgün rəftarlara - yaxşı ədəb, pis və bəyənilməyən rəftarlara isə pis ədəb deyirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, yaxşı ədəb dedikdə, insanlığın tanıdığı qırmızı xətləri qorumaq nəzərdə tutulur. Yəni, əgər şəxs öz insanlıq sərhədlərini qoruya bilərsə, o zaman özünü pis ədəbdən qoruya bilər. Bunun üçün isə insanlığın sərhədlərini tanıması zəruridir. Yəni, hansı rəftarların bəyənilən və hansılarının bəyənilməyən olmasını bilməsi lazımdır.

Ancaq bu zaman danışıq və rəftarında ədəb qaydalarına riayət edə biləcəkdir.

Hədislərdə oxuyuruq:

"Hüsni-ədəb, yəni gözəl olan ədəb nəslin çirkinliyini gizlədər".

"Çirkin rəftar yolu ilə insan üçün heç bir şərafət qalmaz".

"Ən pis bağlar - o ruhi bağlardır ki, çirkin rəftar yolu onda mələkə halını almış olsun".

Din alimlərinin də nəzərinə görə, insanın əxlaqının rəzil və fəzilətli olması, onun ədəbindən çox asılıdır. Nəfsi mələkələr iki hissəyə bölünürlər: fəzilətli olanlara və rəzil olanlara. Əgər sifət gözəldirsə - fəzilətdir. Əgər çirkindirsə - rəzil sifətdir.

(adsgarden = window.adsgarden || []).push({});