Damarları təmizləyən, dərini cavanlaşdıran


Digərləri 15 Noy 2019 23:25:00 262 0

Damarları təmizləyən, dərini cavanlaşdıran

Alma sirkəsindən əsrlər boyu müalicə məqsədilə istifadə edilmişdir. Çünki alma sirkəsi tərkibində alma turşusu olan bir şəfa qaynağıdır. Bunun əsas səbəbi  tərkibində çoxlu C vitaminin, kalsiumun, kaliumun və müxtəlif faydalı kimyəvi birləşmələrin olmasıdır. Son.az medicina.az-a istinadən bildirir ki, təbii alma sirkəsi çox faydalı müalicəvi məhsuldur - immuniteti möhkəmləndirir, cavanlaşdırır, damarları təmizləyir, aterosklerozun qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır, arıqlamağa kömək edir. Tərkibindəki maddələr alma sirkəsinin aşağıdakı xüsusiyyətlərə malik olmasına səbəb olur:

-qanı duruldur -qızdırmanı aşağı salır -sinir sistemini sakitləşdirir

Alma sirkəsinin maddələr mübadiləsini sürətləndirmək və bir çox xəstəliklərin baş vermə riskinin azltmaq qabiliyyəti vardır. Tərkibində olan vitaminlər sayəsində orqanizmin müqavimətini artırır, tərkibində olan kalsium sayəsində sümükləri möhkəmləndirir.

Bağırsaq sisteminin də fəaliyyətini yaxşılaşdırır. Tərkibində olan petkin maddəsi kimi tanınan liflər bağırsaqlarda olan spazmları aradan qaldırmaqla, həzmi sürətləndirir, ishalı müalicə edir. Həzmi sürətləndirmək məqsədilə sirkə qatılmış suyu gün ərzində bir-neçə dəfə içmək lazımdır. Sirkə meyvə suyuna qarışdırılaraq qəbul edildikdə daha effektli olur.   Alma sirkəsini bala qarışdırıb içmək qastrit ağrılarının aradan qaldırır. Suya qatılmış alma sirkəsini içmək və iyləmək burun boşluqlarında yığılıb qalmış iltihabı axıdır və burun boşluqlarına antiseptik təsir göstərir. Tərkibində olan maddələr sayəsində dərinin pH balansının ödəyir və bədənin iylənməsinin qarşısını alır. Alma sirkəsi qatılmış su ilə ayaqları vanna etdikdə ayaq iylərindən xilas olmaq olur. Bu məqsədlə ayaq vannası edilən suya 2 stəkan alma sirkəsi əlavə edilir və ayaqlar ən azı 15 dəqiqə vanna edilir.

Alma sirkəsi qatılmış su içmək soyuqlama əlamətlərini də aradan qaldırır, boğaz iltihabına faydalı gəlir, bala qatılıb içildikdə öskürəyi kəsir və yorğunluğu aradan qaldırır. Bunun üçün 1 stəkan meyvə suyuna 1 çay qaşığı alma sirkəsi qatılıb içilir.

Srkəs qatılmış su ilə ağız boşluğunu yaxaladıqda ağız qoxusu aradan qalxır, diş dibi iltihabları sağalır. Bunun üçün sirkə qatılmış su ilə ağız 10 saniyə qarqara edilir. Bu vasitə ilə dişlərdə olan sarı ləkələr təmizlənir və dişlər ağarır.   Bundan əlavə, alma sirkəsi qatılmış su içmək bağırsaq bakteriyalarını da öldürür. Bağırsaqlarda olan göbələkləri təmizləməklə saçlarda və dırnaqlarda olan göbələk xəstəliklərinin kökünü kəsir. Bunun baş verməsi üçün 1-2 ay müddətində hər gün acqarına 1 çay qaşığı alma sirkəsi qatılmış su içmək lazımdır.

(adsgarden = window.adsgarden || []).push({});