Dünyanın Quranda 2 əsil sifəti


Digərləri 15 Noy 2019 23:15:00 261 0

Dünyanın Quranda 2 əsil sifəti

Mübarək dinimiz bəzən dünyanı dəyərsiz və fani bir məkan kimi tanıdır, bəzən onu axirətə çatmaq üçün körpü adlandırır.

Hər bir halda Quranın nəzərinə görə dünyanın iki əsil sifəti vardır ki, hər kəs ondan agah olmalıdır. Bu sifətlər hansılardır?

1. Dünya nemətləri məhv olandır.

"Və Qiyamət qopacağı gün günahkarlar and içəcəklər ki, (dünyada, yaxud öldükdən sonra) yalnız bircə saat qalmış (və ölümlə dirilmə arasında heç bir fasilə olmamışdır). Onlar(ın dünyada da) bu cür (səhv edib) azırdılar". ("Rum" 55).

"Və (yada sal) o gün(ü) ki, (Allah) onları (dünyada, ya Bərzəx aləmində) sanki günün bir saatı qədər qalmamışlar kimi bir-birlərinə tanışlıq verdikləri halda (Qiyamət meydanında) toplayacaqdır. (Həmin gün) Allaha qovuşacaqlarını təkzib edənlər mütləq ziyana uğrayıblar və (onlar) hidayətə qovuşanlardan deyildirlər". ("Yunus" 45).

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayələr buyurur ki, Qiyamət günü müşriklərin halı pis olacaqdır. Onlar dünyadakı həyatlarının nə qədər azmüddətli olduğunu dərk edərlər. Bu məhv olan dünya onların nəzərində necə də qısa görünür. Əgər Qiyamət saatı ilə hesablasaq, bir saaatdan çox çəkməmişdir. Elə bu zaman onlar nə qədər ziyana düşdüklərini anlayarlar. Bilərlər ki, dünya həqiqətən də məhv olan və tez ötüb keçəndir.

Beləliklə deyə bilərik ki, dünya o qədər tez keçəndir ki, insan ölən zaman və Qiyamət günündə belə zənn edərlər ki, dünya həyatları bir gecə və gündüzdən ibarət olmuşdur. Ona görə də bu qısa həyat üçün can qoymağın nə qədər əhəmiyyətsiz olduğunu dərk edərlər.

2. Dünya mənfəəti azdır.

"De: "Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır"". ("Nisa" 77).

Mənfəətin az olması dünya nemətlərinin məhv olan olmasına işarədir.

(adsgarden = window.adsgarden || []).push({});