Şəkər bağırsaqları iltihablandırır


Digərləri 15 Noy 2019 22:05:00 224 0

Şəkər bağırsaqları iltihablandırır

Şəkər, qənd orqanizmdə iltihabi prosesləri sürətləndirir.

Son.az medicina.az-a istinadən bildirir ki, Albert Universitetinin alimləri sübut edib ki, əgər insan şəkər qəbulunu artırsa, onda bağırsaqların iltihabi xəstəlikləri də artacaq. Eksperiment siçanlar üzərində aparılıb. 2 qrupa bölünən siçanların bir qrupuna adi yem veriblər, digər qrupu 3 gün saxaroza ilə qidalandırıblar.

Sonra bütün siçanlarda xüsusi dərmanla kolit - qarın ağrısı yaradıblar.

Məlum olub ki, ikinci qrup siçanlarda bağırsaq toxunaları zədələnib, immun cavab zəifləyib.

(adsgarden = window.adsgarden || []).push({});