İmam Hüseynin bu qızı, İmam Səccadı öz çıxışı ilə müdafiə etdi


Digərləri 15 Noy 2019 21:45:00 290 0

İmam Hüseynin bu qızı, İmam Səccadı öz çıxışı ilə müdafiə etdi

Aşura hadisəsini görən və onu öz canı ilə hiss edən banulardan biri də bibisi kimi şücaətli olan Səkinə xanım idi.

Ömrünün son günlərinə qədər İlahi hökmləri qorumuş və İlahi göstərişlərə tabe olmuşdur.

Bu xanım, İmam Hüseynlə (ə) Rübabın qızı, Əli Əsğərin (ə) bacısı idi. Tarix Aşura hadisəsi zamanı bu xanımın yaşını 10-15 yaş arasında zikr edir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Səkinənin (s.ə) şeirə böyük rəğbəti var idi və şeir qoşmağı bacarırdı. Zərkəli onun barəsində nəql edir: "Hüseyn ibn Əlinin (ə) qızı Səkinə şərif, şair və kərim xanım idi. Əsrinin qadınlarının sərvəri və xoş nəfsə malik olanlardan idi. Şairlər onun ətrafında toplaşardılar. Elə əyləşərdilər ki, onlar xanımı görməzdilər, ancaq xanım onları görərdi. Onların şeirlərini eşidər və hansının o birisindən daha üstün olduğunu söylərdi. Şeirlərini qiymətləndirər və onlara hədiyyə verərdi".

Aşura hadisəsindən sonra xanımın fəzilətlərindən biri də Yezidin (lən) qarşısında etdiyi xütbədir. Xanımın yaşının az olmasına baxmayaraq, xütbəsi bəlağətli və təsirli idi. O, Allahı həmd edir və deyir: "Müqəddəs Allaha həmd və sitayiş olsun səhradakı qumların sayı qədər və Mehriban Allahın ərşinin ağırlığı qədər. Yerin və göyün səthi qədər, Ona həmd edirik".

Sonra xanım atasını tanıdaraq, onun imamət məqamından xəbər verdikdən sonra buyurur: "Zürrəsinin və övladlarının Fəratın kənarında başları kəsildi. Halbuki, heç kəsi öldürməmişdilər ki, qisas tələbində olsunlar".

(adsgarden = window.adsgarden || []).push({});