Anafilaktik şok nədir –


Digərləri 15 Noy 2019 21:35:00 355 0

Anafilaktik şok nədir –

Anafilaktik şok həkimlərin belə çəkindiyi allergik reaksiyadır. İnsan üçün həyati təhlükəlidir. Son.az medicina.az-a istinadən anafilaktik şokun yaranma səbəbini, gedişatını və xilas yollarını təqdim edir.

İnsanın orqanizminə çox yad, immun hüceyrələr tərəfindən tanınmayan antigen düşdükdə patoloji bir əks reaksiya baş verir. Həmin antigen antitellə birləşdikdə qan dövranı çox sayda histamin, bradakanin, serotonin atılır. Bu maddələr qan dövranını pozur, daxili orqan və əzələlərin spazmını yaradır, təzyiq kəskin düşür, beyin və orqanlar oksigeni az alır, insan huşunu itirir.

Nəzərə almaq lazımdır ki, orqanizmin belə reaksiyası ən güclü reaksiyadır, immunoloji sistem çökür.

Əsas səbəbləri:

-Zərərverici və həşəratların dişləməsi, hətta arı sancması -Dərman maddələrinə əks təsir - antibiotik, sulfanilamid, peyvəndlər, vaksinlər, müxtəlif inyeksiyalar -Qida allergiyası - sitrus meyvələrinə, balığa, araxis -toz və havada uçuşan tənəffüs sistemi ilə düşən cisimlər -Müxtəlif növ, hətta naməlum allergenlər

Əlamətləri:

O qədər sürətlə xəstənin halı dəyişir ki, saniyələr içində ağırlaşır.

-Təzyiq düşür -Şüur, huş dumanlanır -Əl-ayaq qıc olur -Sidik ifrazı -Sayıqlama -Dərinin şişməsi -Baş hərlənmə -Döş qəfəsində sıxılma -Nəbzin çətin hiss olunması -Ölüm qorxusundan panika -Dəridə Kvinke ödemi, qabarma, qaşıntı -Ürəkbulanma -Astmatik tutmaya bənzər tutmalar -Ürək tərəfdən miokard infakrtı -     Xəstənin üzü, dodaqları, boynu arı vurmuş kimi şişir  

Nə etməli?

(adsgarden = window.adsgarden || []).push({});