“Instagram” bütün dünyada laykların sayını gizlətməyə başlayıb


Digərləri 15 Noy 2019 21:20:00 274 0

“Instagram” bütün dünyada laykların sayını gizlətməyə başlayıb

Bu gündən etibarən postların altında laykların sayı "Instagram" istifadəçilərinə göstərilməyəcək. Bu haqda sosial şəbəkə öz "Twitter" mikrobloqunda məlumat paylaşıb.

Son.az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, sınaq proqramı indi bütün ölkələrdə əlçatan olacaq, ancaq sosial şəbəkənin hesabları hansı prinsip üzrə seçəcəyi açıqlanmayıb. Yenilik həm şəkil, həm də videoları əhatə edir.

Sosial şəbəkənin laykları ləğv etməyi nəzərdən keçirməsi bu ilin aprelində məlum olmuşdu. "Instagram" proqramının mütəxəssisləri istəyirlər ki, istifadəçilər laykların sayı haqqında deyil, postlar barədə düşünsünlər.

(adsgarden = window.adsgarden || []).push({});