Onlayn ticarət, yoxsa alıcılara qarşı saxtakarlıq?


Digərləri 15 Noy 2019 20:24:00 338 0

Onlayn ticarət, yoxsa alıcılara qarşı saxtakarlıq?

Son vaxtlar  onlayn alış-veriş saytları və sosial şəbəkə səhifələrindən şikayətlər durmadan artır.

Son.az bildirir ki, məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

Nərgiz Məmmədova - Şikayətçi: "Onlayn səhifələrin birindən geyim sifariş elədim və onlar məbləği tam şəkildə ödəməyi tələb elədilər, 1 həftə sonra geyimi gətirdilər lakin gələn geyimin şəkildəki ilə heç bir əlaqəsi yox idi. Mən daha sonra onlarla əlaqə saxlamağa çalışdım və nömrəmə cavab vermədilər, evlərinə qədər getsəm də açıqlama verilmədi".

Şəhər sakinlərilə sorğu zamanıda eyni mənzərə ilə qarşılaşdıq.

Şəhər sakini: "Qrup yoldaşım bir dəfə sifariş vermişdi tamam başqa bir şey gətirmişdilər".

Sakin: "Mən ancaq aksesuarlar sifariş verirəm, çünki geyimə güvənmirəm, geyim verən olub bəyənmiyiblər, razmer böyük gəlib keyfiyyətsiz olub ona görə".

Eyyub Hüseynov - Azad İstehlakçılar Birliyinin sədri: "Azad İstehlakçılar Birliyinə şikayətlərin ardı-arası kəsilmir, beynəlxaq istehlakçı təşkilatının verdiyi məlumata görə onlayn ticarətlə satılan dərman preparatlarının çox böyük hissəsi  hətta 70%-i saxtadır".

Bəs bu cür hallarla qarşılaşmamaq üçün nələrə diqqət etmək lazımdır?

(adsgarden = window.adsgarden || []).push({});