Azərbaycandakı konsertləri ləğv olundu


Şou-biznes 15 Noy 2019 20:29:00 297 0

Azərbaycandakı konsertləri ləğv olundu

Dünya şöhrətli musiqiçi Mark Eliyahunun Azərbaycandakı konsertləri ləğv olunub.

Son.az axşam.az-a istinadən bildirir ki, buna zəmin yaradan isə onun səhhətində yaranan problemdir.

Sənətçi bu barədə İnstaqramda yazıb:

"Səhhətimə görə məni Bakı, Gəncə və Tiflisdə görməyi planlaşdıran çox adamla görüşə bilməyəcəyəm. Çox kədərlənirəm. Heç vaxt sizi incitmək istəmirdim. Hamınızı sevirəm və bunun əvəzini çıxacağıma söz verirəm. Konsertlərin ən yaxın müddətdə təşkil edilməsi üçün əlimizdən gələni edəcəyik. Konpensasiya proseduru haqda məlumat veriləcək".