ABŞ Misiri hədələdi:


Dünya 15 Noy 2019 19:57:00 258 0

ABŞ Misiri hədələdi:

Misir Rusiyanın Su-35 təyyarələrini alacağı halda sanksiya ilə üzləşə bilər.

Son.az Axar.az-a istinadən bildirir ki, bu məlumat ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentinin Misir hökumətinə göndərdiyini ortaq məktubunda yer alıb. Vaşinqton məktubda Misirdən təcili olaraq imzalanan razılaşmanı ləğv etməsini istəyib:

"Rusiya ilə yeni böyük razılaşma gələcəkdə ABŞ-la hərbi informasiya mübadiləsini və Amerikanın Misirə hərbi yardımını çətinləşdirəcək".

"Vol Strit Jurnal" isə Pentaqon rəsmilərinin Misir Hərbi Hava Qüvvələrinin rəhbərini müqavilənin arzuolunmaz nəticələrə gətirib çıxaracağı ilə bağlı şəxsən xəbərdar etdiklərini bildirib.