Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş keçirilib (FOTO)


Digərləri 15 Noy 2019 19:55:27 252 0

Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş keçirilib (FOTO)

Cenevrə Universitetinin İdarəetmə, Din və Dəyərlər Mərkəzinin vitse-prezidenti Ventzeslav Sabev ilə görüş keçirilib.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Dünya dini liderlərinin II Bakı sammitində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Cenevrə Universitetinin İdarəetmə, Din və Dəyərlər Mərkəzinin vitse-prezidenti Ventzeslav Sabev ilə görüş keçirilib. İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ-nin rektoru Ceyhun Məmmədov qonağı salamlayaraq, onu İnstitutda görməkdən məmnun olduğunu bildirib. Ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verən C.Məmmədov Aİİ-nin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı bəhs edib. İnstitut rəhbəri ali təhsil müəssisəsində təhsilin ödənişsiz əsaslarla aparıldığını, tələbələrin bütün ehtiyaclarının dövlət tərəfindən qarşılandığını bildirib. İnstitutda mövcud ixtisaslar barədə danışan C.Məmmədov gələcəkdə Xristianlıq və Yəhudiliklə bağlı ixtisasların da açılacağını diqqətə çatdırıb. Rektor qeyd edib ki, İnstitutda dərin dini və dünyəvi biliklərə malik, zəngin dünyagörüşlü, bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşan, yüksək dil biliklərinə sahib mütəxəssislərin hazırlanması əsas məqsədlərdən biridir. C.Məmmədov ali təhsil müəssisəsində tədrisin müasir tələblər səviyyəsində qurulması ilə yanaşı, Avropada mövcud olan qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsindən yararlanmağın da əhəmiyyətinə diqqət çəkib. Aİİ rektoru daha sonra ölkəmizdə mövcud olan tolerant və multikultural mühit barədə məlumat verib. O qeyd edib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri birlikdə yaşayırlar. Dünyanın terrordan, radikalizmdən və ekstremizmdən əziyyət çəkdiyini qeyd edən rektor ölkəmizin də bu bəlaya məruz qaldığını, torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğal edildiyini nəzərə çatdırıb. Cenevrə Universitetinin İdarəetmə, Din və Dəyərlər Mərkəzinin vitse-prezidenti Ventzeslav Sabev yaşadığı şəhər, ali təhsil müəssisəsi və mərkəz haqqında məlumat verib. Bildirib ki, neytrallıq, dini plüralizm ənənəsinə sadiq qalan Cenevrə əsrlər boyu cəmiyyətdə, siyasətdə və iqtisadiyyatda innovativ, konsensual və sülh tərəfdarı yanaşmalarının qorunması və təşviqi baxımından hər zaman nümunəvi şəhər olub. (adsgarden = window.adsgarden || []).push({}); Vitse-prezidenti Ventzeslav Sabev Cenevrə Universiteti haqqında danışarkən qeyd edib ki, ali təhsil müəssisəsi istər milli, istərsə də regional olaraq dinlərin öyrənilməsi, eləcə də siyasət, hüquq, ilahiyyat, dilçilik, habelə biznes və maliyyə sahələrində də əlaqələndirici mərkəz kimi əhəmiyyətli rol oynayır. Görüşdə hər iki ali təhsil müəssisəsinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi; təcrübə və araşdırma; tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi; universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların, “dəyirmi-masa”ların keçirilməsi; professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, həmçinin tələbə mübadiləsi və digər məsələlərin həyata keçirilməsi qərara alınıb. Sonda qonaq ali təhsil müəssisəsinin kitabxanası ilə tanış olub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin