“Sarı jiletlilər”in aksiyaları Fransa büdcəsinə 2,5 milyard avro ziyan vurub


Dünya 15 Noy 2019 19:49:00 318 0

“Sarı jiletlilər”in aksiyaları Fransa büdcəsinə 2,5 milyard avro ziyan vurub

Fransa "sarı jiletlilər"in etiraz aksiyaları başlayandan bəri bir il ərzində 2,5 milyard avro itirib.

Son.az virtualaz.org-a istinadən bildirir ki,Fransa hökumətinin yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, il ərzində nümayişlər zamanı zərər çəkən 5 min kiçik müəssisə və ticarət firması dövlətdən yardım istəyib. Əsasən də onlar hakimiyyətdən ümumi həcmi 460 milyon avroya çatan sosial ödəmələrin və digər vergilərin təxirə salınmasını xahiş ediblər. Həmçinin sığorta kompaniyaları həmin dövr ərzində 13 min müəssisəyə ümumilikdə 230 milyon avro təzminat ödəyiblər.

"Sarı jiletlilər" hərəkatının başladığı 2018-ci ilin noyabrından mehmanxana və restoran biznesində, ticarət və nəqliyyat sahələrində çalışan 75 min fransalı işçi qismən işsizliklə üzləşib.