Ukraynada silah anbarı partladı


Dünya 15 Noy 2019 19:31:00 262 0

Ukraynada silah anbarı partladı

Ukraynanın Xarkov vilayətində silah anbarında partlayışlar baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində iki hərbçi həlak olub.

Daha iki nəfərin yaralandığı deyilir. Qeyd olunur ki, Balakleya şəhərindəki bazada ard-arda 20 partlayış səsi eşidilib.

Hazırda silah anbarında daşınması mümkün olmayan sursatlar məhv edilir.