4 kirayənişin 1 nəfərə zor tətbiq etdi, 98 manat aldı


Kriminal 15 Noy 2019 19:39:00 316 0

4 kirayənişin 1 nəfərə zor tətbiq etdi, 98 manat aldı

Ağcabədi rayon sakininə qarşı soyğunçuluq edilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı F.Rzayev polisə müraciət edib. 

Qeyd edib ki, o, Moskva prospektindəki evlərin birində olarkən 4 nəfər ona zor tətbiq edərək 98 manatını alıb.

Hadisə noyabrın 13-də qeydə alınıb. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər, qeyd edilən evdə kirayədə yaşayanlar - E.Əsgərov, V.Vəliyev, E.Fətəliyev və onun qardaşı saxlanılıblar.

Araşdırma aparılır.