Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb


Kriminal 15 Noy 2019 17:54:00 313 0

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini R.Şabanova noyabrın 13-də saat 1 radələrində rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək 200 manat dəyərində qızıl boyunbağısını aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini S.Əsədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.