ABŞ-da Xocalı və Holokostun canlı şahidlərinin görüşü olub


Digərləri 15 Noy 2019 18:14:00 287 0

ABŞ-da Xocalı və Holokostun canlı şahidlərinin görüşü olub

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev və Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva Los-Ancelesdə Holokostdan sağ çıxan 92 yaşlı Coşua Kaufman ilə görüşüblər.

Bakı. Elçin Mehdiyev - Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev və Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva ABŞ-a səfərləri çərçivəsində Los-Ancelesdə Holokostdan sağ çıxan 92 yaşlı Coşua Kaufman ilə görüşüblər. Trend-in məlumatına görə, görüş onun evində baş tutub. Görüşdə hər iki şəxsin başlarına gələn işgəncə və təhqirlərə rəğmən soyqırımdan sağ çıxmaqlarının hekayəsi dinlənilib. "Soyqırımlar bir daha hec vaxt təkrarlanmasın!" mesajı verilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin