"Mən, Elnarə hara, Miri Yusif hara?"


Şou-biznes 15 Noy 2019 17:19:00 324 0

"Mən, Elnarə hara, Miri Yusif hara?"

Müğənni Manaf Ağayev Əməkdar artist Miri Yusiflə bağlı maraqlı açıqlama verib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan sənətçi toy dəvətlərindən söz açıb.

M.Ağayev ad çəkmədən bunları söyləyib:

"Dekabrda bir toy olacaq. Ora məni və Elnarə Abdullayevanı dəvət ediblər. Bir də siyahıda bir müğənni adı var. Görəndə təəccübləndim ki, bu hara, sizin toy hara. Əgər məni, Elnarəni istəyirsinizsə, onun nə işi var? Qayıtdılar ki, uşaq istəyib, heç özümüz tanımırıq onu".