Qadın Sahibkarların II Beynəlxalq Forumu Bakının mühüm mədəniyyət və turizm hadisəsi olacaq


Kriminal 15 Noy 2019 17:07:00 372 0

Qadın Sahibkarların II Beynəlxalq Forumu Bakının mühüm mədəniyyət və turizm hadisəsi olacaq

18 noyabr Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq" II Forumu keciriləcək. Tədbir hər il noyabrın üçüncü həftəsində keçirilən təşəbbüs Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilir. Forum NCDES şirkəti ilə birgə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən keçirilir. Tədbir iştirakçılar üçün geniş imkanlı çox maraqlı biznes platforma təqdim edir, eləcə də ölkəmizdə keçirilən çox mühüm mədəniyyət və turzm hadisədir. Beynəlxalq Qadın Sahibkarların Forumunun rəsmi dəstəyi Azərbaycan Gənclər və İdman Nazirliyi göstərir.

Forumunda dördyüzə yaxın insan iştirak edəcək. Forumun iştirakçılarını 10-dan çox ölkənin nümayəndələri təmsil edəcək. Tədbir Qadın Sahibkarların uğurlarını nümayiş etmək, biznesin inkişafına dəstək olmaq və qadınlara öz bizneslərini qurmağı təşviq etməyə çağırır.

Zəngin iş proqramınndan əlavə,  forum çərçivəsində bütün iştirakçılar Azərbaycanın qədim tarixi, mədəniyyəti və incəsənəti ilə tanış olacaqlar. Forumun ikinci hissəsində UNESKO-nun Azərbaycandan olan maddi və qeyri-maddi dəyərləri və mirası siyahısında olan bütün əşyalar göstəriləcək.

Forumun işində Azərbaycan Respublikasının ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Deputatı Qənirə Paşayeva, həmçinin Dövlət strukturlarının nümayəndələri iştirak edəcəklər.

Fəxri qonaqlar qismində  tədbirdə dünyaca Azərbaycan yazıçısı, əsərləri sayəsində ölkəmizi daha yaxşı tanıdan, detektivist Çingiz Abdullayev, milli mətbəximizi daima təbliğ edən Stalik Xankişiyev, həmçinin Yaxın Şərqin ən uğurlu qadın sahibkarlarından olan biznes-ledi Şantal Abu Jaude xanım.