Pivə oğurlayan kişiyə ölüm cəzası verdilər


Dünya 15 Noy 2019 16:49:00 251 0

Pivə oğurlayan kişiyə ölüm cəzası verdilər

ABŞ-n Corcia ştatında Rey Kromarti Kori Klark və Tadeus Lukasla birgə mağazaya hücum zamanı kassiri öldürüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, kassanı aça bilməyən cinayətkarlar iki bağlama pivə götürərək, oranı tərk ediblər.

Hadisədən üç gün sonra polis cinayətkarları həbs edib. Kori və Tadeus cinayətin Komartinin törətdiyini etiraf etsələr də, sonuncu cinayəti boynuna almayıb.

Corciya hökuməti Komartini hadisədən üç gün öncə başqa bir kassiri də öldürməkdə ittiham edib.

Məhkəmə Komartinin vəkilinin və öldürülən kassirin bacısının DNT testi tələbini qəbul etməyib və Komartiyə ölüm cəzası hökmü oxunub.

Bu hadisə 25 il əvvəl baş verib.

(adsgarden = window.adsgarden || []).push({});