Bakıda 14 yaşlı qız ANA OLDU Nadirdən SƏRT REAKSİYA:


Şou-biznes 15 Noy 2019 16:19:00 353 0

Bakıda 14 yaşlı qız ANA OLDU  Nadirdən SƏRT REAKSİYA:

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib.

Son.az xəbər verir ki, müğənni Nadir Qafarzadə bu tükürpədici olaya reaksiyası ilə diqqətləri üzərinə çəkib.

Müğənni bu cür dəhşətli faktlara görə valideyinləri günahlandırıb:

"Demokratiyanı və azadlığı baş-ayaq anlayan cahil, avam bəzi insancıqlar, biraz telefondan, serialdan, sosial şəbəkələrdən vaxt ayırın övladınıza. Bu uşaqların hər bir hərəkətinə görə, vaxt gələcək cavab verəcəksiniz. 12-13 yaşında qız uşağı valideyin məsuliyyətsizliyi ucbatından məhv olur. Günahkar yenə valideyin. O qızın kitab-dəftərlə məşğul olan vaxtıdır, uşaq doğmaq yox. Bir neçə manata qız övladını satan bəzi valideyinlərədir sözüm. Sizin cibinizə pul gəlsin deyə, qız uşaqlarını bədbəxt etməyin, gunahdır. Allah, bizi özümüzə qaytar! Bəziləri üçün qeyrət olub, qeyri-ət, mədəniyyət olub, mədə-niyyəti".