“AzerGold” QSC İSO beynəlxalq standart sertifikatlarına layiq görülüb


Digərləri 15 Noy 2019 14:52:00 237 0

“AzerGold” QSC İSO beynəlxalq standart sertifikatlarına layiq görülüb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq standartların tətbiqi istiqamətində daha bir uğura imza atıb.

Bakı. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq standartların tətbiqi istiqamətində daha bir uğura imza atıb. Cəmiyyət beynəlxaq standartlaşdırma təşkilatı İSO (International Organization for Standardization) tərəfindən 3 sertifikata layiq görülüb. Ölkəmizdə akkreditasiyadan keçən sertifikatlaşdırma qurumu olan “TUV AUSTRIA CERT GMBH” şirkəti tərəfindən cari ilin 14-16 oktyabr tarixlərində keçirilmiş sertifikatlaşma auditinin nəticələrinə əsasən, “AzerGold” QSC-yə Keyfiyyət İdarəetmə Sistemi üzrə İSO 9001:2015, Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə İSO 45001:2018 və Ətraf Mühiti İdarəetmə Sistemi üzrə İSO 14001:2015 beynəlxalq sertifikatları təqdim edilib. Xatırladaq ki, “AzerGold” QSC beynəlxalq standartların tətbiqinə 2016-cı ildən başlayıb. Səhmdar Cəmiyyət fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun qurulması, o cümlədən qanunların və normativ sənədlərin tətbiqi, kadrların səriştəliliyi, istehsal olunan məhsulların rəqabətə davamlılığının artırılması, sağlam iş şəraitinin yaradılması, təbii ehtiyatlara zərərli tullantıların mənfi təsirinin azaldılması və digər meyarlar əsasında gözlənilən nəticələrə nail olub.