Kiprdə sevgilisini soyub qaçan azərbaycanlı haqqında qərar verildi


Dünya 15 Noy 2019 13:44:00 356 0

Kiprdə sevgilisini soyub qaçan azərbaycanlı haqqında qərar verildi

Məhkəmə Kiprdə sevgilisini qarət edən azərbaycanlı haqqında qərar çıxarıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, Ərman Şahın Kipr ərazisindən çıxması qadağan edilib, şəxsiyyət vəsiqəsi, pasportu və səyahət sənədlərini polisə təqdim edilib.

Eyni zamanda, o, 15 000 TL (4.422 AZN) məbləğində təzminat ödəyib və həftədə bir dəfə Polis İdarəsinə gəlməsi tələb edilərək sərbəst buraxılıb.

Xatırladaq ki, Qazimağusa şəhərində yaşayan Azərbaycan əsilli Səbinə Qasımova oktyabrın 15-də polisə müraciət edərək, 2019-cu ilin iyun ayında evindən qızıl əşyalarının oğurlandığını bildirib.