Ekspert: "TransXəzər boru kəməri layihəsinin Avropa üçün üstünlükləri aşkardır"


Digərləri 15 Noy 2019 13:49:00 321 0

Ekspert: "TransXəzər boru kəməri layihəsinin Avropa üçün üstünlükləri aşkardır"

"Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutan Trans-Xəzər boru kəməri layihəsinin üstünlükləri aşkardır".

Son.az xəbər verir ki, bunu Trend-ə "Mediterranean Energy Political Risk Consultancy" şirkətinin siyasi risklər və energetika məsələləri üzrə məsləhətçisi Siril Viddershoven deyib.

O bildirib ki, Avropa ölkələri təbii qaz mənbələrini və nəqliyyat yollarını şaxələndirməyə çalışır:

"Mərkəzi Asiya və Qafqazdakı mənbələrə çıxış əldə etməklə Avropa əlavə qaz həcmləri əldə edə bilər".

O qeyd edib ki, həm Türkmənistan, həm də Azərbaycan geniş qaz ehtiyatlarına malikdir və bu ehtiyatları kommersiya baxımından məhsuldar və həyat qabiliyyətli etmək lazımdır: