“Kimsə ləkəsiz, təmiz, ağ qaşıq deyil”


Şou-biznes 15 Noy 2019 13:14:00 252 0

“Kimsə ləkəsiz, təmiz, ağ qaşıq deyil”

"Yaşadıqlarımdan, öyrəndiklərimdən, Allah dostlarından mənə qalanlar-hamımızın, bütün insanların üstündə bir az kir, bir az toz var. Heç kim ləkəsiz, təmiz, ağ qaşıq deyil. İnsanların çox yaxşı olduğuna və qüsursuzluğuna əsla aldanma! Yaxud özünü aldatmağa səbəb axtarma".

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova instaqram səhifəsində yazıb. O, izləyicilərinə məsləhət görərək özləri ilə üzləşməyi tövsiyə edib: "Hardan başlayacağını bilmədiyin zərif ruhunu başa düşürəm, amma bunun üçün heç bir addım, səy göstərmədiyini başa düşə bilmirəm", - deyə kitabda qeyd olunub. Əslində sənə yol xəritəsi çoxdur, yetər ki, görmək istə. Oxumaq, araşdırmaq və yaşamaq... Bu üçüylə birlikdə etdiyin axtarışların hamısı yolundur. Kirini, tozunu, pasını atmaq istəyirsənsə, ürəkli olmalısan. Olanı yox, olmayanı var saymayacaqsan.

Cəsarət üzləşməyi, razı olmağı sevir. Hər insan bir yoxuş, eniş, çöküş, sonra  yenidən doğuşdur. Ürəyinə ağrı çəkdirmə. Ağlına, şüuruna ağrını çəkdir. Ürəyin hər zaman ağrıyacaq , sən şüurunu dinlə. İndi get, güzgüyə diqqətlə bax, cəsarətini topla!