Nəsiminin yubileyi münasibətilə MingəçevirBəhramtəpə yolunun böyük hissəsində yaşıllıq zolağı salınacaq


Digərləri 15 Noy 2019 10:31:00 321 0

Nəsiminin yubileyi münasibətilə MingəçevirBəhramtəpə yolunun böyük hissəsində yaşıllıq zolağı salınacaq

"Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Mingəçevir-Bəhramtəpə magistral avtomobil yolunun böyük hissəsində yaşıllıq zolağı salınacaq".

Son.az xəbər verir ki, bunu Trend-ə Ağcabədi Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurban Babayev deyib.

Onun sözlərinə görə, Ağcabədi rayonu ərazisində yerli şəraitə uyğun 17 min həmişəyaşıl və meşə ağacı əkiləcək. Ağacların Mingəçevir-Bəhramtəpə magistral avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən 74-121 kilometrlik və Ağcabədi-Ağdam avtomobil yolunun Boyat və Sarıcalı kəndlərinə qədər olan hissəsində əkilməsi nəzərdə tutulur.