Şeremetyevo aeroportunda 2 təyyarə toqquşdu


Dünya 15 Noy 2019 10:54:00 316 1

Şeremetyevo aeroportunda 2 təyyarə toqquşdu

Moskvanın Şeremetyevo aeroportunda iki təyyarə toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, aeroportun fövqəladə hal xidməti insidenti təsdiq edib.

Məlumata görə, A-320 təyyarəsi dayanacağa doğru hərəkət edərkən başqa bir təyyarəni qanadı ilə vurub.

Təyyarənin göyərtəsində həmin an 42 nəfərin olduğu qeyd edilir. Xəsarət alan olmayıb.