“Toya görə vergi ödəməli deyiləm”


Şou-biznes 15 Noy 2019 10:19:00 291 0

“Toya görə vergi ödəməli deyiləm”

Xalq artisti Brilliant Dadaşova vergidən şikayətlənib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, İTV-də yayımlanan "3 D" verlişinin qonağı olan ifaçı toylara görə müğənnilərdən tutulan vergidən gileylənib.

"Əlbəttə vergi ödəyirəm. Əslində, toya görə vergi ödəməli deyiləm. Bu, Türkiyədə əlavə iş adlanır. Yəni, toy olanda vergi ödəyirlər. Elə olur ki, 3 ay toya getmirəm. Amma biz toy olsa da, olmasa da vergi ödəyirik. Bir vaxt mənə dedilər ki, 22 min pul gətirməlisən. Bu, 2015-ci ildə olmuşdu. Dedilər ki, siz filan şadlıq sarayında 30 dəfə toyda olmusuz. Halbuki mən o restoranı heç tanımırdım Axırda audit danışıb məsələni həll etdi", - deyə Xalq artisti bildirib.

Dadaşova oğlunun işsizliyindən də söz açıb. O, övladını işlə təmin etmək üçün bir neçə yerə müraciət etdiyini desə də, cəhdlərinin uğursuz alındığını bildirib: