Bakıda moped avtomobillə toqquşdu,


Digərləri 15 Noy 2019 09:44:00 263 0

Bakıda moped avtomobillə toqquşdu,

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, qəza Bülbül prospekti və Füzuli küçəsinin kəsişməsində baş verib.

Motosiklet və minik avtomobilinin toqquşması zamanı hər iki sürücü - Məhərrəm Rəsulov və 1990-cı il təvəllüdlü Elvin Maqsudov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.