Balakəndə pul üstündə mübahisə ölümlə qurtardı


Digərləri 15 Noy 2019 09:34:00 296 0

Balakəndə pul üstündə mübahisə ölümlə qurtardı

Balakən rayonunda qətl hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hənifə kəndində qeydə alınıb.

Kənd sakinləri, 25 yaşlı Elvin Balayev və Zaur Layıcov arasında mübahisə düşüb. Daha sonra mübahisə davaya çevrilib və Zaur Layıcov üzərində olan bıçaqla Elvin Balayevə ağır xəsarət yetirib.

Elvin Balayev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə şübhəli sayılan Z.Layıcov polis tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə pul üstündə baş verib.

Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlanılıb.