İnstitut direktoru ölümcül xəstəlikdən danışdı


Digərləri 15 Noy 2019 09:14:00 319 0

İnstitut direktoru ölümcül xəstəlikdən danışdı

"Azərbaycanda ən çox rast gəlinən ürək-damar xəstəklikləri infarkt, hipertoniya, kəskin koronar sindrom və ürək çatışmazlığıdır. Təəssüf ki, bu xəstəliklərdən əziyyət çəkənlərin sayı kifayət qədər çoxdur".

Son.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmlər doktoru Gülnaz Dadaşova deyib.

Onun sözlərinə görə, cavan insanlar arasında infarktların baş verməsi halları çox tezləşib.

G.Dadaşova qeyd edib ki, əgər belə xəstələrə vaxtında müdaxilə edilərsə, gözlənilən ağırlaşmaların qarşısını almaq mümkündür:

"Kəskin koronar sindrom stenokardiya ilə infarkt arasında keçid olan bir xəstəlikdir. Çox zaman xəstələr sinələrində göynəmə, yanğı ilə gəlirlər. Bu hallardan şikayət edən cavan insanların həkimə vaxtında müraciət etməməsi onlar arasında infarktın artmasına səbəb olur. Xəstə gecikəndə, vaxtında müdaxilə olmayanda - istər medikamentoz, istərsə də müayinə baxımından yardım olmayanda infarkt baş verir".

Ürək çatışmazlığının bütün ürək xəstəliklərinin son mərhələsi olduğunu nəzərə çatdıran G.Dadaşova onun ölkəmizdə ən çox rast gəlinən xəstəliklərdən biri olduğunu söyləyib.

O bildirib ki, bəzən ürək xəstələrinin müalicələrinin düzgün aparılmaması, bəzi xəstələrin baxımsız qalması, dərmanlarını vaxtında qəbul etməməsi, öz xəstəliklərinə laqeyd yanaşması ürək xəstəliklərinin daha da inkişaf edərək ürək çatışmazlığı mərhələsinə gəlib çatmasına imkan yaradır. Bu isə öz növbəsində ölkədəki ürək çatışmazlığı xəstələrinin sayının getdikcə artmasına səbəb olur: