Bakıda Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası olacaq


Digərləri 15 Noy 2019 08:58:00 331 0

Bakıda Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası olacaq

Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin "Sevgi şərbəti" operasının tamaşası olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, görkəmli italyan bəstəkarı Q.Donisetti İtaliya opera sənətinin ənənələrini davam etdirərək 65 opera tamaşasının musiqisini araya-ərsəyə gətirmişdir. Onun yaradıcılığının ən parlaq dövrü XIX əsrin 30-40-cı illərinə təsadüf edir. Bəstəkara dünya şöhrəti qazandıran "Sevgi şərbəti" operası da məhz bu illərdə yaranmışdır. Opera çox qısa müddətdə - cəmi iki həftə ərzində yazılmış və ilk dəfə 1832-ci ildə Milanda səhnəyə qoyulmuşdur.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Sevgi şərbəti" operası 2013-cü ildə tamaşaya qoyulmuş və maraqlı süjet xətti, ecazkar musiqisi ilə operasevərlər tərəfindən rəğbətlə qarşılanmışdır.

Noyabrın 23-də keçiriləcək tamaşada Opera və Balet Teatrının aparıcı solistləri - Azərbaycanın Əməkdar artistləri İnarə Babayeva (Adina), Fərid Əliyev (Nemorino), Cahangir Qurbanov (Belkore), Xalq artisti Əkrəm Poladov (Dulkamara) və b. iştirak edəcəklər.