Bakıda qayda pozan sürücü qəza törədib FOTO


Digərləri 15 Noy 2019 08:33:00 277 0

Bakıda qayda pozan sürücü qəza törədib  FOTO

Bakının Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, Faiq Yusifov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan və xanım sürücünün idarə etdiyi "Nissan" markalı minik avtomobili yol-hərəkəti nişanının tələbini pozaraq yoluna davam edib.

Bu zaman onun avtomobili Təbriz küçəsilə hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Mercedes" yol kənarındakı səkiyə və ağaca çırpılıb.

Qəza zamanı "Nissan"ın sürücüsü 1985-ci il təvəllüdlü Mehdiyeva Lalə Rafiq qızı xəsarət alıb, avtomobillər isə deformasiyaya uğrayıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP xidmətinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.